Ukrayna prezidenti Vladimir Zelensknin həyat yoldaşı Yelena İnstaqramda Naxış günü münasibətilə bir şəklini yerləşdirib. Bu bayram ölkədə mayın üçüncü cümə axşamı qeyd olunur.


Qaynarinfo xəbər verir ki, Yelena Zelenskaya bütün ukraynalıları milli geyim elementinin şərəfinə qurulan bayram münasibətilə təbrik edib. Paylaşım az vaxtda 150 min bəyənmə qazanıb.

Abunəçiləri onların bir-birinə çox yaraşdığını qeyd edərək xoş arzularını bildiriblər.


Bununla birlikdə şərhlərdə prezidentə və həyat yoldaşına ünvanlanan tənqidi rəylər də olub. Ukraynada bondar6882 yazır: “Gözəl şəkildi, lakin bu şəkillə Ukrayna əhalisinin dərdi azalmayacaq “.


Postun altında bu bayramın mahiyyəti haqqında rus dilində nifrət dolu rəylər də yer alıb. Rusdilli şərhçilər arasında ölkənin əsas cütlüyünü açıq şəkildə təhqir edənlər də tapılıb. 

 

 

Alpər

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO