Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 28 May – Respublika Günü münasibəti ilə videoçarx hazırlayıb.


Qaynarinfo xəbər verir ki, videoçarxda Azərbaycan Milli Şurasının 28 may 1918-ci ildə qəbul etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin istiqlal bəyannaməsi səsləndirilib.

Belə ki, musiqisi Üzeyir Hacıbəylinin “Milli Marşı” ilə müşayiət olunan videoçarxda İstiqlal Bəyannaməsinin bütün bəndləri səsləndirilir. 6 bənddən ibarət olan İstiqlal Bəyannaməsində deyilir:


1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.


2. Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqarrür ediyor.


3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti – həsənə təsisinə əzm edər.


4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin edər.


5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bil cümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.


6. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai Milli və Şurai-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur.


Videoçarxın sonunda İstiqlal Bəyannaməsini imzalayan Cümhuriyyət qurucuları – Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanbəyov, Cavad Məlik-Yeqanov, Mustafa Mahmudovun adları çəkilir.


SOCAR-ın hazırladığı videoçarxı oxuculara təqdim edirik.



By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO