Yeni Zellandiyanın Rocos texnologiya şirkəti çöban iti funksiyasını yerinə yetirə bilən robot hazırlayıb.


Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Spot adlı robot sensorları sayəsində otlaq ərazisinin 3D məlumatlarını toplayaraq, rahat şəkildə uyğunlaşır. Şirkətin baş direktoru Devid İnqqs sınaq zamanı qoyunları robota əvvəlcə təmkinlə yaxınlaşdıqlarını, lakin daha sonra öyrəşdiklərini bildirib. İnqqs çoban itlərinin sahib olduğu təcrübənin isə süni intellektə köçürülməsinin çətin olduğunu deyib.

Qeyd edək ki, Spot əvvəlcə Sinqapurda istifadə edilib və Kovid-19 tədbirləri çərçivəsində isə fiziki məsafə qaydalarına riayət edilməsi üçün parklarda əhaliyə xəbərdarlıq edib.


Camal

By admin

Leave a Reply

Your email address will not be published.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO