“Sosial reabilitasiya proqramları icra olunmalıdır”.


Qaynarinfo xəbər verir ki, bu təklifi REAL sədri İlqar Məmmədov səsləndirib. Onun sözlərinə görə, məhkumluq həyatı çəkən xeyli insan bu yanaşmaya görə iş tapa bilmir və təkrar cinayət törədir:

“Özünə iş yeri tapa bilməyən daha bir keçmiş məhkumla dünən rastlaşdım. Deyir, hara gediriksə, deyirlər, “məhkum olmusan, bağışla bizi”. Xeyli insan bu yanaşmaya görə zülm içindədir və iş tapmayaraq sanki təkrar cinayətə təhrik olunur.


Dövlət bu məsələdə təkcə qaydalar qoymalı deyil, həm də ornək olmalıdır. Dövlət orqan və müəssisələri məhkumluq meyarı ilə insanlara qarşı ayrıseçkilik etmədiyini əməldə göstərməlidir. Məsələn, müntəzəm şəkildə dərc edilən iqtisadi statistikaya nə qədər keçmiş məhkumun dövlət sektorunda işləməsi haqda məlumatlar daxil edilməli, bu məlumatlar mediada geniş yayılmalıdır”.


Partiya sədrinə görə, dövlət investisiya layihələri müqavilə tərəflərinin üzərinə məsuliyyət qoymalıdır ki, onlar məhkumluq meyarı ilə insanları işə götürməkdən imtina etməsinlər:


“Bununla iş bitməməlidir. Yetərincə sübut olsa ki, hansısa podratçı, dövlət müəssisəsi ya da dövlət orqanı məhkumluq səbəbilə işəgötürmə məsələsində vətəndaşı ayrıseçkiliyə məruz qoyub, belə qərar verənlərin nümunəvi məhkəməsi də keçirilməlidir. Əlbəttə, mövzu daha əhatəlidir və tək bu tədbirlər bəs etməz. Sosial reabilitasiya proqramları icra olunmalıdır. Söhbət ailə üzvləri də daxil, yüzminlərlə vətəndaşdan ibarət olan böyük bir sosial təbəqədən gedir”.


Bahar Rüstəmli

By admin

Leave a Reply

Your email address will not be published.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO