Bu gün daha 131 azərbaycanlının Rusiyadan Azərbaycana qayıtması təmin olunub.


Bunu REAL TV-yə açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib.

O bildirib ki, hazırda həmin şəxslər Rusiya-Azərbaycan sərhədini keçib.


“İlk növbədə qadınlar, uşaqlar və yaşlılar sərhəddən buraxılır. May ayının 26-da ilkin olaraq 104 nəfər sərhədi keçməli idi. Buna baxmayaraq, Azərbaycana keçənlərin sayını artırmaq mümkün oldu. Təbii ki, sərhədi keçmək istəyənlər çoxdur. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, – deyə Elnur Hüseynov bildirib.


O bildirib ki, hazırda Rusiyadan Azərbaycana keçmək istəyən 600-dən çox adam var.

By admin

Leave a Reply

Your email address will not be published.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO