Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşında koronavirus pandemiyası aşkarlanıb.


Rayon ərazisində xidmət aparan polis əməkdaşının səhhətində problem yarandığı üçün həkimə müraciət edib. Ondan götürülən test pozitiv çıxıb.

Daxili İşlər Nazirliyininin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumatı Unikal.org-a təsdiqləyib:


“Karantin rejimini polis əməkdaşları həyata keçirdiyi üçün Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən rayon polis şöbələrinin əməkdaşları mütəmadi olaraq testlərdən keçirilir. Bununla da yoluxma halları müəyyən edilir. Bu yaxınlarda Gədəbəy Rayon Polis şöbəsininin əməkdaşları testdən keçirilərkən bir nəfərdə şübhələr yaranıb. Həmin polis əməkdaşı xidmətdən kənarlaşdırılıb. Xəstəxanaya yerləşdirilən həmin polisin vəziyyəti hazırda yaxşıdır. Dərhal onun iş yoldaşları, ailə üzvləri və təmasda olduğu insanlardan nümunələr götürülüb və onlarda bu virus aşkarlanmayıb”

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO