Koronavirusa görə əməkdaşlarını işdən çıxaran işəgötürənlər cəzalandırılacaq. Dövlət Əmək Müfəttişliyi Xidməti pandemiya ilə əlaqədar elan olunmuş karantin dövründə “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən gündəlik nəzarət həyata keçirir.


 Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

 Mehman Abdullayev – Əmək Müfəttişliyinin əməkdaşı: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti pandemiya ilə əlaqədar olaraq elan olunmuş karantin dövründə əmək müqaviləsi bildirişləri alt sistemini mütəmadi nəzarətdə saxlayır. Məqsəd qanunsuz olaraq işçilərin əmək müqaviləsinə xitam verilməsinin qanunsuz ixtisarların aparılmasının qarşısının alınmasıdır”.


 Bununla bağlı Xidmət altsistem vasitəsilə dəfələrlə işəgötürənlərə izahat, məlumat, xəbərdarlıq və tövsiyə xarakterli ismarıclar, bildirişlər göndərsə də, hələ də işəgötürənlər tərəfindən müəyyən qanun pozuntuları müşahidə edilir. Ekspertlər bildirir ki, ixtisar aparmaq üçün mütləq əvvəlcədən işəgötürənin əsaslandırılmış əmri olmalı, əmək məcəlləsinin 77-ci maddəsinə əsasən əvvəlcədən işçiyə xəbərdarlıq edilməlidir. Və ancaq bundan sonra lazımi təminatlara əməl etməklə ixtisarlar aparıla bilər.


 Mais Əliyev – Sosial Hüquqların Araşdırılması Birliyinin sədri: “Çox təəssüflər olsun ki, bizə edilmiş müraciətlərdə sadəcə olaraq adi bir xəbərdarlıq məktubu göndərilir. Məktubda qeyd edilir ki, ayın neçəsindən sizin ştatınız ixtisar oluanacq, lakin hansı səbəbdən, hansı obyeltiv əsaslardan olduğu məlum deyil”.


 Bununla yanaşı toplanmış materiallar göstərir ki, bu günlərdə bir neçə işəgötürənlər tərəfindən yeni əmək müqaviləsi açılıb və bir neçə gün sonra həmin müqaviləyə xitam verilib.


 Həsənova İlhamə – Hüquqşünas: “O tipli əmək müqavilələrinin bağlanmasının məqsədi yalnız ondan ibarət olub ki, həmin şəxslərin ölkə ərazisində hərəkət sərbəstliyi təmin olunsun”.


 Bununla yanaşı müşahidələr onu göstərir ki, işəgötürənlər pandemiya şəraitində məcburi məzuniyyətdə olan işçilərə yenidən məzuniyyət vermək istəmir.


 Mais Əliyev – Sosial Hüquqların Araşdırılması Birliyinin sədri: “Və məndə olan məlumata görə artıq işə götürənlər həmin işçilərin ərizələrini dəyişdirib sanki onların növbəti məzuniyyəti kimi karantin dövründə verdikləri məzuniyyəti növbəti məzuniyyət kimi rəsmiləşdirməyə başlayıblar. Təbii ki, buda düzgün deyil”.


 Həsənova İlhamə – Hüquqşünas: “Məsələn, əgər bir işçi müəyyən bir məzuniyyətə gedirsə və yaxud xəstəliklə bağlı işə çıxa bilmirsə lakin onu hansısa bir işçi əvəz etməlidirsə bu halda əgər həmin hallar mövcud olmadan bir əmək müqaviləsi bağlanırsa bir həfətlik, yaxud 10 günlük artıq bu özü də kütləvi hal alırsa təbiiki, bu əmək qanunvericiliyinin müddəalarının pozulması kimi qiymətləndirilməlidir”.


 Mehman Abdullayev – Əmək Müfəttişliyi Xidmətinin əməkdaşı: “Həmin işəgötürənlərə məktublar ünvanlanmışdır aidiyyətı üzrə həmin xitamın əsaslandırılması üzrə bu cür hallardan sui istifadə edən işəgötürənlər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanlarına göndərilir”.


 Dövlət Əmək Müfəttişliyi Xidməti bir daha bütün işəgötürənlərə xəbərdarlıq edir ki, mövcud şəraitdən sui-istifadə edərək qanun pozuntusuna yol verən, “Əmək müqaviləsi bildirişi” altsisteminə yanlış məlumat daxil edən işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun məsuliyyət tədbirləri görüləcək.


By admin

Leave a Reply

Your email address will not be published.

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO