Mayın 28-də saat 17 radələrində Füzuli rayonunun Babı kəndi ərazisində 3-cü Zobucuq qəsəbə sakini Fuad Əliyev idarə etdiyi “VAZ-21214” markalı avtomobili aşırıb.


Qaynarinfo xəbər verir ki, qəza nəticəsində F.Əliyev hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib. Füzuli RPŞ tərəfindən araşdırma aparılır.


Sosial şəbəkələrdə yayılan məlumatlara görə, F. Əliyev rayon icra başçısının taxıl sahələrinə və qoyunçuluq fermalarına nəzarət edən şəxs olub və rayonda Fedya kimi tanınıb. 

 

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO