Şənbə günündən etibarən icaze.e-gov.az portalı yenidən fəaliyyətə başlayacaq.


Qaynarinfo xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov AzTV-də yayımlanan “Hədəf” verilişində deyib.

“Baş Nazir tərəfindən imzalanan qərar əsasında fəaliyyətinə icazə verilən sahələr var – özəl təşkilatlar və dövlət qurumları. 6 iyun tarixindən etibarən icaze.e-gov.az portalı fəaliyyətə başlayacaq. Bu, 8103 SMS xidməti deyil. Vətəndaşlar yanlış anlamasın. SMS sistemi fəaliyyətə başlamır. Nazirlər Kabinetinin qərarında həmin sistemdə hansı təşkilatlar qeydiyyatdan keçə və icazə ala bilər – onların siyahısı artıq təsbit olunub. Bu siyahı üzrə təşkilatlar daxil olacaqlar.


Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub.


Dövlət təyinatlı və həyati əhəmiyyətli təşkilatların icazələri 8 iyuna qədər avtomatik olaraq təmin olunacaq”.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO