Bu gün Avropa İttifaqının və NATO-nun baş ofislərinin yerləşdiyi Brüsseldə minlərlə yerli sakin ABŞ nümayişçiləri ilə həmrəyliklərini ifadə etmək üçün küçələrə çıxıblar.

“RİA Novosti” xəbər verir ki, etiraz aksiyasının iştirakçıları Avropada da irqçilik problemlərinin mövcudluğunu dilə gətiriblər.

Qeyd olunur ki, Belçika paytaxtının bəzi küçələrində dinc nümayiş iğtişaşlara çevrilib, aksiya iştirakçıları mağazaların vitrin şüşələrini sındırıblar.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO