Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan istefa verib.

Bu barədə “Sputnik Armeniya” agentliyi məlumat yayıb.

Yüksəkçinli hərbçinin istefa verməsinə səbəb Ermənistanda koronavirusla əlaqədar tətbiq edilən fövqəladə vəziyyətə baxmayaraq, övladının toy məclisində 100-ə yaxın qonağın və Müdafiə Nazirliyindən olan rəsmilərinin iştirakıdır.

Qeyd edək ki, A.Davtyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə 2018-ci il mayın 24-də təyin edilmişdi.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO