Abşeron rayonunda mənzildə 85 yaşlı qadının meyiti aşkarlanıb.

Bu barədə Oxu.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

FHN-in “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1935-ci il təvəllüdlü Ədilova Gülçöhrə Vurğun qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO