İngiltərənin “Stok Siti” futbol klubunun baş məşqçisi Maykl O’Nil koronavirusa yoluxub.

“RİA Novosti” xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.

Qeyd olunur ki, 50 yaşlı mütəxəssisin koronavirusla bağlı ilk beş testi mənfi nəticə vermişdi.

Özünütəcrid rejiminə keçən Maykl O’Nil klubla videoəlaqə vasitəsilə ünsiyyət qurur.

Xatırladaq ki, “Stok Siti” klubu hazırda İngiltərənin ikinci divizionu olan Çempionşipdə mübarizə aparır.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO