Özünə qəsd etmək istəyən kişi bir stəkan arağa görə fikrindən daşınıb.

“Mash” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiyanın paytaxtı Moskvada yaşanıb.

Məlumata görə, kişinin işi səhərdən düz gətirməyib. Fikrini dağıtmaq, “əllərini yaxalamaq” və yemək üçün dostugilə gedib. Bir də gözünü açıb ki, pəncərədədir və aşağı tullanmağa hazırlaşır (sonradan polislərə ifadəsində belə deyib).

Təəccüblənən dostu dərhal polisə zəng edib. Hadisə yerinə gələn hüquq mühafizəçiləri onu fikrindən daşındırmağa çalışıblar.

Sonda asayiş keşikçilərindən biri Moskva sakininə spirtli içki təklif edib. Kişi stəkanı götürmək üçün əlini uzadanda polislər onun qolundan yapışaraq yerə düşürüblər.

Yeri gəlmişkən, stəkanda adi su olub.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO