Türkiyənin Ordu vilayətinin Altınordu rayonunda tikintisi davam edən hotel binası çöküb. Hadisə nəticəsində işçilərdən biri həlak olub, səkkizi yaralanıb.

“Anadolu Ajansı” xəbər verir ki, hadisə ilə bağlı Ordu Valiliyindən açıqlama verilib.

Məlumatda çökmənin binaya beton tökülməsi zamanı baş verdiyi bildirilir. Hadisənin meydana gəldiyi bölgəyə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), polis və təcili tibbi yardım briqadalarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başladılıb.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO