Son sutka ərzində Türkiyədə koronavirusdan daha 18 nəfər ölüb.

Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca sosial media hesabında bildirib.

Bildirilir ki, bununla da ölkədə koronavirus qurbanlarının ümumi sayı 4 825 nəfərə çatıb.  

Son gündə koronavirusa yoluxanların sayında ciddi artım nəzərə çarpıb. Belə ki, sutka ərzində 1 592 nəfərdə koronavirus aşkarlanıb. Bununla da, koronavirusa yoluxma hallarının ümumi sayı 179 831 nəfərə yüksəlib.

 

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO