“Təəssüf edirəm ki, hazırda ölkədə ağır vəziyyətdə olan kifayət qədər koronavirusa yoluxanlar var”.

Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən brifinqində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R.Bayramlı bildirib ki, bu gün vəziyyəti ağır olan və intensiv terapiya tələb edən koronavirus xəstələrimiz var:

“Bu, bizi çox narahat edir. Təəssüf ki, cəmiyyətdə xəstəliyə simptomsuz yoluxan vətəndaşlar da az deyil. Belə olan halda isə COVID-19-a yoluxan şəxslər həkimə müraciət etməkdə gecikir.

Statistika isə göstərir ki, gecikmiş müraciətlər kifayət qədər çoxdur. Bu günə qədər paytaxtda fəaliyyət göstərən xəstəxanaların dolmasının 85 faizə çatdığı günlər olub”.

Könül Cəfərli

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO