ABŞ-ın birinci xanımı Melaniya Tramp heç vaxt əri ilə bir masa arxasında şam etmir, onunla birgə “Küləklə sovrulanlar” filmini seyr etməyi sevmir.

“Washington Post” bu barədə ABŞ prezidentinin həyat yoldaşı barədə kitabda yazılanlara istinadla xəbər yayır.

Müəllif qeyd edir ki, bir gün dostları Donald Trampın kişiyə məxsus xüsusiyyətlərindən danışarkən prezidentin əllərinin kiçik olduğunu deyiblər. Bu zaman ölkənin birinci xanımı “belə deməyin, o, əsl kişidir”, – deyə, ərini müdafiə edib.

O, evlilikləri boyu əri ilə arasında olan ən böyük qalmaqalın keçmiş “Playboy” modeli Karen Makduqalla bağlı olduğunu deyib. 2016-cı il prezident seçkiləri zamanı Donald Trampın adının pornoulduzla intim əlaqədə hallandığı səbəbindən təzyiqlərə dözməyən Melaniya Tramp ərindən ayrılaraq hotelə gedib.

“Onlar ayrı otaqlarda yatırlar, çünki D.Tramp tünd rəngli xalça və divara, M.Tramp isə açıq rəngli olana üstünlük verir. O (D.Tramp), səhər saat 5-də oyanır və dərhal televizoru açır. Bu vaxt Melaniya yuxuda olur”, – deyə, kitab müəllifi qeyd edir.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO