İyunun 21-də, saat 22 radələrində Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Fuad Qurbanovun ölməsi barədə prokurorluq orqanlarına məlumat daxil olub.

Gəncə Şəhər Prokurorluğundan verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, izahatlar alınıb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

İlkin araşdırmalarla müəyyən edilib ki, Fuad Qurbanov yaşadığı evdə təmir-tikinti işləri apararkən beton plitənin üzərinə düşməsi nəticəsində aldığı ağır dərəcəli bədən xəsarətlərindən yerləşdirildiyi xəstəxanada ölüb. 

Hazırda faktla bağlı şəhər prokurorluğunda araşdırmalar davam etdirilir.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO