“Elə bil məni kişiylə tutmusunuz. Qız qızla oynayar. Bunun günahı videonu çəkib yayanın boynundadır. Hamı əylənir. Sadəcə, məşhuram deyə yayılır və səs salır”.

Oxu.Az xəbər verir ki, bu sözləri məşhur aktrisa Pərvin Abıyeva “Instaqram”da açdığı canlı yayımda deyib.

Aktrisa bir neçə həftə əvvəl rəfiqəsi ilə birgə ad günü məclisində çəkilən və daha sonra sosial mediada yayılan qalmaqallı rəqs videosundan söz açıb:

“Kiminsə şəxsi həyatı kimin nəyinə lazımdır? Niyə yayırsan, nə əldə etdin? Heç kimin alqışıyla yaranmamışam ki, qarğışıyla da öləm. Günahı Allah qarşısında özüm ödəyəcəm. Heç kim günahsız deyil. Kimin nə haqqı var mənə qarğış etsin? Mənim etdiyim günahdırsa, qarğış edənlərin günahı yüz qat artıqdır. Qarğış gəlib öz başınıza düşəcək. Neçə gündür gözləyirəm ara sakitləşsin, cavab verim. Günahım yoxdur ki, sakit dayanım və depressiyaya düşüm. Hamı yaxınlarının əhatəsində rahat olur, istədiyi kimi əylənir. Mən heç ərimlə elə rəqs etmərəm. Adıma çıxarmadığınız söz qalmadı. Orientasiyamı da “dəyişdiniz”. Özüm üçün yaşayıram, əl-ayağa düşən başqalarıdır.

Neqativ yazanlar məni qocaltdı. İçki içəndə əhvalın düzəlir və özünü necə istəyirsən, aparırsan. Siz başınıza hicab taxıb içirsiz? İçib, özümü necə istəyirəm aparıram. Kimsə kənardan çəkirsə, özü bilər. Hamımızın başına gələ bilər. Tanınmışam deyə məndə gündəm olur. Mən də normal insanlar kimi əylənmək, sıradan biri kimi yaşamaq istəyirəm. Heç kimin həyatı tam ideal deyil. Hamının dərdi var. Allah bir yandan alanda, bir yandan verir. Hərə özünə cavabdehdir, mən də özümə”.

Rəşad Əliyev

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO