“Çox sağlam həyat tərzi təhlükəlidir. İnsanlar “qızıl orta”ya riayət etməlidir”.

“Rossiya 1” telekanalının məlumatına görə, bunu Rusiyada tanınmış mütəxəssis, Moskvadakı xəstəxanalardan birinin baş həkimi Aleksandr Myasnikov deyib.

O, fanatik şəkildə sağlamlıq dalınca düşməyin zərərli olduğu barədə xəbərdarlıq edib və buna görə anoreksiya, yaxud bulimiyaya məruz qalan xəstələri dəfələrlə müalicə etdiyini vurğulayıb.

“Sağlam qidalanma axtarışında bəzən insan o qədər fanatikləşir ki, qidalanmanın bütün prinsiplərini pozmağa başlayır. O fikirləşir ki, kalori nə qədər azdırsa, məhsul o qədər faydalıdır. Bununla da, təbiətdə ən vacib şeyin balans olduğunu unudur”, – deyə, həkim izah edib.

O, insanları qida, idman, pəhriz, bioloji aktiv əlavələrdə və bağırsağın “təmizlənməsində” məqbul moderativliyə riayət etməyə çağırıb.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO