Fransanın “Tuluza” klubunun dörd futbolçusunda COVID-19 aşkar edilib.

Bu barədə klubun rəsmi saytında (toulousefc.com) məlumat verilib.

Koronavirusa yoluxan futbolçuların adları açıqlanmır.  

Klubun yaydığı açıqlamada qeyd olunub ki, futbolçuların təhlükəsizliyi barədə ciddi ölçü götürülüb, rəhbərliyin və işçilərin sağlamlığı bir nömrəli prioritet hesab olunur.

Xatırladaq ki, koronavirus təhlükəsi ilə əlaqədar futbol üzrə Fransa çempionatı aprelin 28-də – vaxtından əvvəl başa çatıb.

Fransa çempionatının 2019/2020-ci il mövsümünün qalibi PSJ olub.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO