Basketbol millimiz Göygöldə hazırlıqlara başlayıb.

Oxu.Az-ın xəbərinə görə, komandamız Göygöl Olimpiya İdman Kompleksində məşq keçir.

Azərbaycan Basketbol Federasiyasının baş katibi Vüqar Əzimovun saytımıza verdiyi məlumata görə, komandamız iyunun 19-dan Göygöldə hazırlıq keçir:

“Təlim-məşq toplanışı iki həftə çəkəcək. İyulun 2-də toplanış başa çatacaq. Hazırda komanda baş məşqçi Samit Nuruzadənin rəhbərliyi altında məşq keçir. Onun türkiyəli köməkçisi Evren Alkaya məlum səbəbdən ölkəmizə gələ bilmir. Bu səbəbdən ona müvəqqəti olaraq “Gəncə” komandasının baş məşqçisi Rizvan Səfərov köməklik edir”.

O, futbolla bağlı danışılmış oyunlara görə həbs edilmiş, daha sonra ev dustaqlığına buraxılmış Amil Həmzəyevin də düşərgədə olduğunu bildirib:

“Amilin ev dustaqlığının müddəti aprelin 16-dan bitib. Biz bunun hüquqi yollarını araşdırmışıq. Hazırda o, sərbəst oyunçudur. Ona görə də bizimlə birgə təlim-məşq toplanışında iştirak etməsində heç bir hüquqazidd əməl yoxdur. Hazırda onun məsələsi ilə bağlı istintaq gedir. Nə vaxt iş məhkəməyə göndərilərsə, o vaxt bizdə məlumat olacaq”.

Səbuhi Musayev

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO