“Sosial iqtisadi paketə bizim texniki dəstəyimiz pul və ya maliyyə yardımı deyil”. 

Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib.

O bildirib ki, BMT-yə üzv olan dövlətlərə maarifləndirici məlumatlar veriləcək:

“Biz iqtisadiyyatın bərpası istiqamətində hər bir ölkənin planlarına müvafiq dəstək verəcəyik. Yardım isə tövsiyə xarakterli fikirlərdən ibarət olacaq. 

Məsələn, ÜST-ün REACT-19 layihəsini götürək. Türkiyədə çalışan azərbaycanlı həkimləri ölkəyə gətirməklə yerli tibb işçilərinə dəstək olduq. Bənzər texniki yardım iqtisadiyyat sahəsində də tətbiq edilə bilər”.

Könül Cəfərli

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO