Latviyada ardıcıl dörd gün koronavirusa yoluxma halı qeydə alınmayıb.

Bu barədə “RİA Novosti” ölkənin Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin saytında yayılan məlumata istinadla xəbər yayıb.

Bildirilir ki, pandemiyanın başlanğıcından etibarən 141 713 test keçirilib. Koronavirus aşkarlanan 1 111 nəfərdən 30-u ölüb.

İyunun 24-nə olan məlumata görə, yoluxanlardan 903 nəfər və ya 81,4%-i sağalıb.

Səkkiz nəfər xəstəxanalarda müalicə olunur, onların yeddisinin vəziyyəti orta ağır, birinin vəziyyəti ağırdır.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO