TIR sürücüsü maşınının partlayan təkərini yoxlayarkən alovlara bürünüb.

“Hürriyet”in məlumatına görə, dəhşətli hadisə Türkiyədə yaşanıb.

Məlumata görə, yük maşınının təkəri Mersin – Antalya yolunda hərəkət edərkən partlayıb. Sürücü TIR-ı kənara çəkib, nə baş verdiyini yoxlamaq qərarına gəlib. Bu vaxt təkər qəfil alovlanıb. Nəticədə sürücü də yanıb. Yoldan keçən başqa bir sürücü baş verənləri görüb dərhal yardıma gəlib. Sonra təcili yardıma zəng edib.

Sürücü xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəblərinin öyrənilməsi üçün tədqiqatlara başlanılıb.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO