İspaniya hökuməti 23-65 yaş arasındakı yoxsul və işsiz vətəndaşlarına, həmçinin ölkədə yaşayan əcnəbilərə birbaşa maddi ödəniş edəcək.  

Bu barədə “Deutsche Welle” (DW) məlumat yayıb.

Ödənişin məbləği bir adam üçün aylıq 462 avro (883 manat) olacaq, ailənin hər bir üzvünə görə isə əlavə 139 avro (265 manat) ödəniləcək.

Qeyd olunur ki, İspaniya höküməti hər il ehtiyaclı vətəndaşların maddi təminatı üçün 3 milyard avro ayırır.

Mütəxəssislərin fikrincə, bir başa pul ödənişi yoxsulları işləmək vərdişinə mənfi təsir göstərə bilər.

Hazırda İspaniyada 30 yaşına qədər olan 25 faiz vətəndaş dövlət tərəfindən ödəmələrlə təmin edilir.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO