Turinin “Yuventus” komandasının hücumçusu Kriştian Ronaldunun yeni saç düzümü izləyicilərinin gülüşünə səbəb olub.

Oxu.Az xəbər verir ki, futbolçu “Instagram” hesabında yeni üslubda fotosunu paylaşıb.

O, yarımmüdafiəçi Xuan Kuadrado ilə birlikdə poz verib.

Portuqaliyalı saçlarını komanda yoldaşının qıvrımlarına bənzətmək üçün kəsdirib. “Qardaşım kimi görünmək cəhdim barədə nə düşünürsünüz?”, – deyə o, izləyicilərinə sual ünvanlayıb.

“Yuventus”un keçmiş futbolçusu Mehdi Benatia, eyni zamanda portuqaliyalı hücumçu Cessika Silva Ronaldunun saç düzümünə gülüblər, bir neçə istifadəçi onu hətta qoça oxşadıb, digəri hücumçunun yeni bərbərə ehtiyac duyduğunu bildirib.

 

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO