“Keşlə”nin sabiq hücumçusu Andre Klenon karyerasını Azərbaycanda davam etdirə bilər.

Oxu.Az xəbər verir ki, bunu 30 yaşlı forvard Yamayka mətbuatına açıqlamasında deyib.

Son olaraq vətənində “Hambl Layens” klubunda çıxış edən Klenon tezliklə danışıqlara başlayacağını deyib:

“Yanvarda xaricdə oynamağa getməli idim. Uşaqlarımla bağlı gedə bilmədim. Sonra isə koronavirus pandemiyası ortaya çıxdı və ölkədə qalmalı oldum. Məqsədim daha əvvəl oynadığım Azərbaycana və ya Asiyanın hansısa ölkəsinə qayıtmaqdır. Çünki orada çox klub mənimlə maraqlanır”.

Qeyd edək ki, Andre Klenon 2018-ci ilin yanvarından ötən ilin yayına qədər “Keşlə”də çıxış edib.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO