UFC döyüşçüsü Con Cons ABŞ-ın Müstəqillik Gününü bayram edərkən tanımadığı bir şəxsi ölümdən qurtarıb.

Oxu.Az xəbər verir ki, bu barədə idmançı “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, bayramı qeyd edərkən bir nəfərin huşsuz şəkildə yerdə uzandığını görüb. Cons dostları ilə birlikdə kişini kölgəliyə aparıb, onu özünə gətirib və su içməyə məcbur edib.

“Əminik ki, bu adamı ölümdən xilas etdik. Özümü inanılmaz hiss edirəm”, – deyə döyüşçü fikirlərini bölüşüb.

 

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO