Rusiyanın Levoberejnı rayon məhkəməsində 42 yaşlı Azərbaycan vətəndaşının cinayət işinə baxılacaq.

Bu barədə “Komsomolskaya Pravda” xəbər yayıb.

İstintaqın məlumatına görə, saxlanılan şəxs 2019-cu ilin noyabrında Sankt-Peterburqdan Voronejə hərəkət edən marşrut avtobusu ilə bir kiloqrama yaxın heroin gətirib. O, narkotik vasitəni Voronej şəhərində satmağı planlaşdırıb.

Hazırda 42 yaşlı kişi Rusiya Federasiyasının Cinayət Məcəlləsinin “böyük ölçüdə narkotik vasitələrin qanunsuz saxlanılması və ya satışı” maddəsi ilə təqsirli bilinir.

Cinayət əməli məhkəmədə öz təsdiqini taparsa, təqsirləndirilən şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO