Yaponiya Beysbol Liqasında azarkeşləri rəqs edən robotlar əvəzləyib. Bununla bağlı yayılan görüntülər isə sosial şəbəkə istifadəçilərini dəhşətə gətirib.

Bu barədə kadrları “Guardian Sport” yayımlayıb.

“Deyəsən, biz antiutopiyaya düşmüşük”, “Bu nə dəhşətdir?.. İndi onları ancaq kabus yuxularında görəcəyəm”, “Bu, həyatda görə bildiyim ən qorxunc şeydir”, – deyə, fanatlar bildiriblər.

Beysbol Liqasının mövsümü koronavirus pandemiyası səbəbindən üç ay gec başlayıb. Hazırda azarkeşlərə oyunlara getməyə icazə verilmir.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO