ABŞ-da məhkəmə 17 il ərzində ilk dəfə olaraq ağır cinayətə görə həbs olunan məhkumun ölüm hökmünü ləğv edib.  

Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, 47 yaşlı Deniel Luis Li bir ailənin qətlində ittiham olunaraq ölüm hökmünə məhkum edilmişdi.

Ölüm hökmünün dayandırılması barədə qərar İndiana dairəvi məhkəməsi tərəfindən verilib.

Ölüm cəzasının ləğv edilməsi tələbi ilə qətlə yetirilən ailə üzvlərinin yaxınları çıxış edib.

Zərərçəkən tərəf hesab edir ki, həbsxana rəhbərliyi məhkəmə iclaslarının təhlükəsizliyini lazımi səviyyədə təşkil edə bilmədiyindən onlar məhkəmədə iştirak edə bilməyib və cəzanın ədalətli olub-olmadığına şübhə edirlər.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO