Rusiyanın Naryan-Mar şəhərində qatili uşaq bağçasına buraxan mühafizəçiyə hökm oxunub.

Bu barədə “Pomorye” xəbər yayıb.

Bildirilir ki, 35 yaşlı Anton Çudakov bütün təhlükəsizlik tələblərini pozub. Nəticədə, yerli sakin  Denis Pozdeyev maneəsiz şəkildə məktəbəqədər təhsil müəssisəsinə girərək, ikinci mərtəbəyə qalxmış, orada uşaqların yatdığı otağa girərək bıçaqla altı yaşlı uşağı öldürmüşdü.

Sonradan Pozdneyev kitabda “əbədi və zəngin bir həyat”ı təmin edən tilsim oxuduğunu deyib. Onun sözlərinə görə, tilsimin işləməsi üçün uşaq öldürülməli imiş.

Mühafizəçi təqsirini qismən etiraf edib.

Məhkəmə onu 2,5 il müddətinə azadlıqdan məhrum edib.

By admin

Azerbaijani AZ Turkish TR English EN Russian RU Georgian KA Persian FA German DE Italian IT French FR Arabic AR Chinese (Simplified) ZH-CN Korean KO