Paytaxtda küləyin fəsadlarının aradan qaldırılması və şəhər əhalisinin təhlükəsizliyinin təminatı məqsədilə polis qüvvələri səfərbər olunub.


Qaynarinfo-nun xəbərinə görə, hava şəraitinə uyğun olaraq, xidmət gücləndirilib.

Qeyd edək ki, artıq bir neçə saatdır paytaxtda güclü külək əsir. Külək bir sıra yerlərdə fəsadlar törədib.