Gəncədə bədbəxt hadisə baş verib.


Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Vəli Xuluflu küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini 1990-cı il təvəllüdü Ə.H. “KamAZ”da qaynaq işləri apararkən avtomobilin yük yerinin altında qalıb. Nəticədə usta ağır xəsarət alıb.


Yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin ağır olduğu bildirilir.


Faktla bağlı araşdırma aparılır.