FSB Rusiyanın Krımdan Uzaq Şərqə qədər bir neçə bölgəsində gizli silah istehsalçılarına qarşı xüsusi əməliyyat keçirib. 


Qaynarinfo xəbər verir ki, əməliyyatın gedişində 200-ə yaxın gövdə ələ keçirilib. Onların içində “Vintorez” xüsusi təyinatlı dəstələri üçün tüfənglər və ən son “Kalaşnikov” avtomatları da var.

Axtarışlar və həbslər Krımda, Moskva, Moskva vilayətində, Sankt-Peterburqda, Leninqrad vilayətində, Udmurtiyada və bir sıra bölgələrdə aparılıb. Ümumilikdə əməliyyat 9 bölgəni əhatə edib.


Əməliyyat zamanı 188 odlu silah ələ keçirilib. Silahlar arasında AK və “Vintorez”lərdən başqa, “Steçkin”, “Yarıgin” tapançaları, Amerikan M-16 və M-4 tüfəngləri, RPG-7V və RPG-26 qumbaraatanları və GP-25-lər var. Bundan əlavə 20 kilo partlayıcı, 35 qumbara, 16 mindən çox döyüş sursatı və səsboğucusu götürülüb. 13 gizli silah istehsal emalatxanasının fəaliyyəti dayandırılıb.


Alpər