Bu günə qədər ermənilər zəlzələ yerinə xilasedici itlərlə gələn
fransızları tərifləyirlər, hamıya təşəkkür edirlər, bir bizdən başqa… Sanki biz
orada olmamışıq. Dəhşətdir. Azərbaycandan gələn traktorların təkərlərini təmizləyirdilər
ki, burdan gedən bir toz belə Ermənistana düşməsin. Bu vəhşilikdir. Halbuki bu
uşaqlar yüzlərlə insanı xilas etmişdilər.
Qaynarinfo Azpost.info-ya istinadla xəbər verir ki, bu sözləri
Azərbaycan SSR Kommunist Partiyasının sabiq birinci katibi Əbdürrəhman Vəzirov
Rusiyada fəaliyyət göstərən “Paxlava Production” internet televiziyasına
verdiyi müsahibədə Ermənistanda 1988-ci ilin dekabrında baş vermiş zəlzələ və
Azərbaycanın ora necə yardım etməsi ilə bağlı danışarkən deyib.
Ə.Vəzirovun sözlərinə görə, Ermənistanda zəlzələ baş verdikdən
bir saat sonra Mərkəzi Komitənin Bürosunun iclasını çağırıb:
“Dedim ki, yardım prosesində iştirak etməliyik. Daha ora nələr
göndərmədik?! Vaqonlarla sement, bitum, taxta… Bərpa üçün nə lazımdır, göndərdik.
Elə oradaca mexanizatorlardan ibarət xilasedici dəstə formalaşdırdıq. Əvəzində
nə ilə qarşılaşdıq? Bu günə qədər xilasedici itlərlə gələn fransızları tərifləyirlər,
hamıya təşəkkür edirlər, bir bizdən başqa… Sanki biz orada olmamışıq. Dəhşətdir.
Azərbaycandan gələn traktorların təkərlərini təmizləyirdilər ki, burdan gedən
bir toz belə Ermənistana düşməsin. Bu vəhşlikdir. Halbuki bu uşaqlar yüzlərlə
insanı xilas etmişdilər”.
Ə.Vəzirov deyib ki, Azərbaycan rəhbəri kimi o vaxt Ermənistana
gedib:
“ABŞ-dan Moskvaya qayıdan Mixail Qorbaçov təyyarədən mənə zəng
vurdu. Dedi, “hər şeyi bilirəm, köməyə görə çox sağ olun”. Daha sonra vurğuladı
ki, düşünürəm, bu hadisə millətçi-separatçı əhvalı silib atacaq, bu adamlar
ağıllanacaqlar.
Qorbaçov mənə zəlzələ baş vermiş Leninakana gəlməyi təklif etdi.
Mən xüsusi təyyarə ilə Leninakana uçdum, orada bizi qəbul etmədilər”.
Ə.Vəzirov bildirirb ki, oradan İrəvana gediblər:
“Bir saatdan sonra Qorbaçovun təyyarəsi gəldi. Çox isti
görüşdü, onun mikroavtobusuna mindik. Mən ona olduğum yerdə adamların dediklərini
çatdırdım. Hər yerdə “Qarabağ”, ”Qarabağ”… Zəlzələni belə unutmuşdular. İrəvana
gəlmiş Sovet rəhbərlərindən bunu tələb edirdilər. Baxın, Leninakanda insanları
xilas edirlər, İrəvanda isə Qarabağla bağlı hər gün mitinq gedirdi. İrəvandakı
iclasda ilk sözü Mərkəzi Komitənin katibi Qalayana verdilər. O, Qorbaçova dedi
ki, siz yarım saatdan sonra Qarabağın Ermənistana verilməsi barədə fərman
imzalamalısınız. İndiyə qədər bu, məni heyrətləndirir: insanlar necə belə qədirbilməz
ola bilər? Onlar heç olmasa bir dəfə də olsun bu köməyə görə “çox sağ olun” deməyi
bacarmadılar. Biz axı orada həm də azərbaycanlı gənclərdən ibarət xilasedicilərin
həlak olduğu bir təyyarəni itirdik. Bundan bir kəlmə demədilər. Fransadan gətirilmiş
xilasedici itlərin ölümünə görə başsağlığı verdilər, bizə yox! Biz isə
vicdanla, bir qonşu və insan kimi davrandıq”.
Qeyd edək ki, 1988-ci il zəlzələsindən Azərbaycanda yardım
üçün gedən təyyarənin qəzası hələ də müamma olaraq qalır. Sözügedən təyyarənin
ermənilər tərəfindən vurulduğu da bildirilirdi.
Həmin təyyarədə ermənilərə kömək üçün gedən onlarla azərbaycanlı
həlak olmuşdu.
window.fbAsyncInit = function() { FB.init({ appId : '126108928148726', xfbml : true, cookie : true, version : 'v2.10' }); FB.Event.subscribe('comment.create', function(response) { $.get("https://graph.facebook.com/?fields=og_object{id},share&id="+response.href, function (data) { $.get(getParam('sJsAjax')+'?'+getParam('sGlobalTokenName') + '[ajax]=true&' + getParam('sGlobalTokenName') + '[call]=xeber.FacebookGraph'+'&val[comment_count]='+data.share.comment_count+'&val[share_count]='+data.share.share_count+'&val[message]='+response.message+'&val[id]='+getParam('xid'), function (data) {}); }); }); }; (function(d, s, id){ var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) {return;} js = d.createElement(s); js.id = id; js.src = "https://connect.facebook.net/az_AZ/sdk.js"; fjs.parentNode.insertBefore(js, fjs); }(document, 'script', 'facebook-jssdk'));