Azərbaycanda mayın 29-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
Mayın 29-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 32-37, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.
window.fbAsyncInit = function() { FB.init({ appId : '126108928148726', xfbml : true, cookie : true, version : 'v2.10' }); FB.Event.subscribe('comment.create', function(response) { $.get("https://graph.facebook.com/?fields=og_object{id},share&id="+response.href, function (data) { $.get(getParam('sJsAjax')+'?'+getParam('sGlobalTokenName') + '[ajax]=true&' + getParam('sGlobalTokenName') + '[call]=xeber.FacebookGraph'+'&val[comment_count]='+data.share.comment_count+'&val[share_count]='+data.share.share_count+'&val[message]='+response.message+'&val[id]='+getParam('xid'), function (data) {}); }); }); }; (function(d, s, id){ var js, fjs = d.getElementsByTagName(s)[0]; if (d.getElementById(id)) {return;} js = d.createElement(s); js.id = id; js.src = "https://connect.facebook.net/az_AZ/sdk.js"; fjs.parentNode.insertBefore(js, fjs); }(document, 'script', 'facebook-jssdk'));