“Ermənistan Hava Yolları” (“Armavia” ) şirkəti Avropa İttifaqı ölkələrinə uçuş həyata keçirə bilməyəcək.


Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Avropa İttifaqı Komissiyası qərar qəbul edib.

Bildirilib ki, buna səbəb “Ermənistan Hava Yolları”nın təhlükəsizlik standartlarına cavab verməməsidir.