Rusiyanın İrkutsk vilayətində neft mədənində yanğın baş verib.
RT-nin məlumatına görə RF Müdafiə Nazirliyi bununla bağlı kadr yayımlayıb.
Yanğına səbəb kimi Ust-Kuts rayonunda neft kəmərində fəvvarə armaturunun depressurizasiyası göstərilib.
Mərkəzi Hərbi Dairənin topçuları tank əleyhinə sursatdan istifadə etməklə yanan armaturu ayırıblar.
Hazırda yanğının tam söndüyü bildirilir.