Parlaq günəş işığı kalsium mübadiləsində iştirak edən, bədxassəli yenitörəmələrdən qoruyan və immunitet sistemini gücləndirən “D” vitamininin istehsalını stimullaşdırır.

Lenta.ru-nun məlumatına görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş epidemioloqu Nikolay Briko deyib.

Onun sözlərinə görə, isti hava (onunla da birlikdə ultrabənövşəyi şüalar) virusa, o cümlədən də COVID-19-a neqativ təsir  edir.

“Yayda virusun fəallığı azalır, ultrabənövşəyi şüa ona məhvedici təsir göstərir”, – deyə Briko sözlərini yekunlaşdırıb.