ATA
(Cavan ikən həyatdan köçən atama
Atasızlıq nə ağırmış ay Ata )
Qefil getdin dağ çekildi bağrıma,
Sen gedeli xezan düşdü bağrıma,
Heç bir məlhəm tapamadım dağıma
Atasızlıq nə ağırmış, ay Ata!
Fələk səni çox tez aldı bizlərdən,
“Seltək yağış” çəkilmədi gözlərdən,
Qüssə kədər silinmədi üzlərdən,
Qəlbimizdə yaşayırsan, ay Ata!
Anam nalə çəkib saçların yoldu,
İldırım vurmuştək bibilər soldu,
Babam oğul deyib buludtək doldu,
Sensizlikdən ağlayırıq, ay Ata!
İller bir-birini əvəz etsə də,
Gedişindən bu qədər vaxt keçsə də,
Qəhər bizə qara donu biçsə də,
Yıxılmadıq ayaqdayıq, ay Ata
MÜƏLLİM
(Astara pedoqoji kollecinin müəllim kollektivinə ithaf edilib)
Nə yaxşı müəllim vardı dünyada!
Bil, onsuz cəhalət cövlan edərdi!
Qaranlıq çökərdi bütün dünyaya!
Nadanlıq həyatda dövran edərdi.
Nadanı qandırıb həyat öyrədən!
Qanana şöhrətdir, şandı müəllim.
Biliyi heç zaman əsirgəməyən!
Uğura yol tapan insandı müəllim.
Bəşərə cahanda böyük bir dayaq!
Hər işi, əməli ürək açandı!
Müəllim ümmanda sönməyəm mayaq!
Nuruyla hər yana işıq saçandı.
Müdrikdir, ustaddır yol göstərəndir!
Bəllidir hamıya arxa köməyi,
Hər şeydən ucada durub həmişə!
Danılmaz heç zaman onun əməyi.
İsrail Ağazadə
Lerik, Soru