Əziz Röyal Doğum günün mübarək! Bu doğum günündə sənə sonsuz xoşbəxtlik, sadiq dost, gözəl həyat və saf məhəbbət arzulayıram.
Ad günün mübarək olsun. Yeni ömür səhifən xoş xatirələrlə dolu olsun, xəyalların gerçək olsun. Ad günün mübarək olsun.
Röyal Hüseynov artıq yeni təxəllüsü ilə “Röyal Həşri” təbriklər.
Şövqündə könül şurə gəlir, şəkkəri yarım,
Leylam, Şirinim, Əslim, əzizim, həmi varım.
Sənsiz keçir hər bir günümüz dərdi qəm ilə,
Gəl gövhərim, həm ruhum, həm eşqim, həmi zarım.
Aləm necə sənsiz dözür, ey zülfü pərişan?
İsam, həmi Musam, həmi Xızrım, sözü Tarım.
Sən sözdə nida, ruha qida, qəlbə səfasən,
Sən qəlbdə eşqiylə yanan şövq ilə narım.
Bir arizu var, Həşri onu söyləyər hər gün,
Nola ki, ol ay üzünü sən aç mənə, yarım.
Röyal Həşri
Lənkaran, Şağlaser