Lənkaran, Viyən
İki ay əvvəl yazıçı-publisist Qafar Cəfərlinin “Bir gecənin vahiməsi ” kitabı işıq üzü görmüşdür. Sayca altıncı olan bu kitabda müəllifin son illərdə yazdığı iyirmi iki hekayəsi və iki novellası yer almışdır.
Bu əsərlərin əsas süjet xəttini xalqımızın qan yaddaşı olan Qanlı Yanvar hadisəsi, Qarabağ savaşında insanlarımızın qəhrəmanlığı, təbiətin şah əsəri olan Şuşa şəhərinin müdafiəsi və işğalı, erməni quldurlarının mənfur simasının ifşası, valideyn övlad münasibətləri. müqəddəs ana sevgisi, narkomaniyanın törətdiyi dəhşətlər, cinayətkarlıqla mübarizə, cəmiyyətdə olan mənfiliklərin ifşası və sair ictimai-siyasi əhəmiyyətli mövzular təşkil edir.
Kitabın redaktoru görkəmli şair, bir çox ədəbi mükafatlar lauratı Balayar Sadiq, korrektoru isə yazıçı-publisist Əlizaman Baxışdır.
Qafar Cəfərli Cəfərov Qafar İltifat oğlu Lənkəran rayonu, Viyən kəndində anadan olub. İxtisasca hüquqşünasdır. Uzun illər hüquq mühafizə sistemində məsul vəzifələrdə çalışıb. Təqaüddə olan polis polkovnikidir. Qarabağ müharibəsi veteranıdır.
Orta məktəb illərindən bədii yaradıcılıqla məşğul olub. Bədii və publisistik yazıları respublikanın müxtəlif qəzet və jurnallarında dərc olunub. Əsərlərinə filmlər və serial çəkilib.
AYB-nin və AJB-nin üzvüdür. Bir çox media mükafatlarının lauratıdır. 2018-ci ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının diplomuna və qızıl medalına layiq görülüb.
Prezident mükafatçısıdır.