Şəmkir rayonunda ticarət mərkəzində baş vermiş yanğının qarşısı alınıb.
Oxu.Az xəbər verir ki, rayon ərazisindən keçən, Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən “Şəmkir səbəti”ndə baş vermiş yanğın söndürülüb.
Yanğının başvermə səbəbləri araşdırılır.
21:34
Şəmkir rayonunda ticarət mərkəzi yanır.
Oxu.Az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının yaxınlığında yerləşən “Şəmkir səbəti” ticarət mərkəzində baş verib.
Hadisə yerinə dərhal ətraf rayonlardan Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və yanğınsöndürən briqadası cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Yanğının baş vermə səbəbi açıqlanmır.
İlhamə Əbülfət