Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, yolu keçən 1975-ci il təvəllüdlü Əlinağıyev Vüqar Aslan oğlunu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sirkə kasasının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.