Şəhidlər. ONLAR hər bir xalqın baş tacıdır. Xalq, millət ONLARIN çiyinlərində ucalır. Şəhidlər xalqı hər zaman ayaqda tutur, diri saxlayır, çünki onlar öz cəsədləri ilə torpağın bağrına azadlıq tumunu əkirlər (B.Vahabzadə). Torpağın bağrından cücərən o azadlıq toxumlarındakı müqəddəs enerji, ruh enerjisi nəsilləri yükləyir, onları kökləyir. O ruh enerjisi, şəhid ruhu vətənin hüdudları üzərində dolaşaraq əbədi keşik çəkir, hər zaman sərvaxt olur. Şəhid varsa, torpaq VƏTƏN olur. Torpaq uğrunda ölən varsa, VƏTƏN olur. Vətən sağ olsun, Azərbaycan sağ olsun!
Vətən sizinlə qürur duyur!!! Azərbaycan sizinlə əbədiyaşardır!!!
professor İlham Tahirov