window._ttzi = 161;var script = document.createElement(“script”);script.src = “https://adviad.com/nativevideo/get_ads.js?=”+(Math.floor(Math.random() * 100000000) + 1);script.async = true;(document.body || document.head || document.documentElement).appendChild(script);script.onload = function(){script.parentNode.removeChild(script);};

Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün COVID-19 pandemiyasından sağalan 1 750 donordan bir tondan artıq immun plazma götürülüb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Moskva merinin sosial inkişaf məsələləri üzrə müavini Anastasiya Rakova məlumat verib.

“Aprel ayından COVID-19-un müalicəsi üçün bir tondan çox immun plazma toplanıb. Biz virusdan sağalandan sonra qan bağışlayan 1 788 donora təşəkkür edirik.

Əlavə olaraq, 215 vətəndaş təkrarən plazma verib. Bizim çağırışımıza cavab verən hər kəsə minnətdarıq – siz bir çox xəstəyə virusun öhdəsindən gəlməyə kömək edirsiniz”, – deyə A.Rakova bildirib.