Bəli, Ulu Öndər Böyük Heydər Əliyevin tarixi kəlamı “Ulu öndər Heydər Əliyev Azərbaycanda yaşayan bütün etnik xalqların milli mənsubiyyəti onların qürur mənbəyidir” xalqlarımız arasında yaratmış olduğu bu dostluğun əbədi olacağına inanıram. Və bu dostluğun təbliğat və təşviqatçısı kimi “Dodo”, “Samur”, “Diplomat” “Toloşon sədo”qəzetləri Mədəniyyət Nazirliyinin, Multukulturalizmin , Mətbuat Şurasının diqqət mərkəzində olmalıdır və bu qəzetlərin yayımına diqqət yetirilməlidir ki, lazımı səkildə xalq arasında yayımlansın.
Çox hörmətli İradə xanım “Dodo” qəzetinin 3-illiyi münasibəti ilə Sizi və “Dodo” qəzetinin oxucularını təbrik edirəm , o gün olsun 30-illiyini qeyd edəsiniz.
Tahir Sileyman
“Diplomat” qəzetinin baş redaktoru